Türkiyə İŞİD-in 189 hədəfini vurub

Türkiyə İŞİD-in 189 hədəfini vurub
  15 Yanvar 2017    Oxunub:1157
Türkiyə silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” hərəkatı çərçivəsində əməliyyatları davam etdirir.

AzVision.az "Anadolu"ya istinadla xəbər verir ki, əməliyyatların 145-ci günündə türk qırıcıları İŞİD terror qruplaşmasının Suriyadakı 198 hədəfini vurub. Eyni zamanda, 9 terrorçu zərərsizlədirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən “Azad Suriya Ordusu”nun döyüşçüləri ilə birlikdə “Fərat qalxanı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti