Deputatın xanımı özünü güllələdi

Deputatın xanımı özünü güllələdi
  15 Yanvar 2017    Oxunub:16022
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) deputatı Saffet Sancaqlının həyat yoldaşı Hülya Sancaqlı özünü güllələyib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Məlumata görə, deputatın xanımı tapançadan baş nahiyəsinə atəş açıb. O, dərhal İstanbulda xəstəxanaya yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən xəbər tutan deputat Ankaradan baş nazirin təyyarəsi ilə təcili İstanbula gəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti