Türkiyə sərhədlərinə beton divar çəkib

Türkiyə sərhədlərinə beton divar çəkib
  14 Yanvar 2017    Oxunub:6310
Türkiyə Suriya və İraqla sərhəddə 330 kilometr uzunluğunda beton hasar çəkilməsini başa çatdırıb. Ölkənin cənub sərhədlərində, həmçinin 191 kilometrlik tikanlı məftillər çəkilib.

Bu barədə Anadolu informasiya agentliyi Türkiyə Baş Qərargahına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, görülən müvafiq tədbirlər ötən il dövlət sərhədini qanunsuz keçməyə göstərilən 57 min cəhdin qarşısının alınmasına və 424 mindən çox insanın saxlanmasına kömək edib.

Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən “Azad Suriya Ordusu”nun döyüşçüləri ilə birlikdə “Fərat qalxanı” adlı əməliyyat həyata keçirir. Əməliyyatın məqsədi Suriya ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır. Hazırda birləşmiş qüvvələr İŞİD terror qruplaşmasının yaraqlılarını Əl-Bab şəhərindən vurub çıxarmağa cəhd göstərirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti