Baş nazir xəstəxanadan evə buraxıldı

Baş nazir xəstəxanadan evə buraxıldı
  14 Yanvar 2017    Oxunub:1581
Bu yaxınlarda cərrahi əməliyyat keçirən İtaliyanın baş naziri Paolo Centiloni xəstəxanadan evə buraxılıb.
AzVision.az xarici KİV-ə istinadın xəbər verir ki, bu gün baş nazirin hökumət iclasına rəhbərlik edəcəyi gözlənilir.

P.Centiloni bu həftənin əvvəlində Paris səfərindən qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilmişdi. Baş nazir burada damarlarında cərrahiyyə əməliyyatı keçirmişdi.

Xatırladaq ki, 62 yaşlı Centiloni ötən ilin sonlarında Matteo Rensinin istefasından sonra Prezident Serco Mattarelladan müvafiq mandat alaraq baş nazir postuna təyin olunub. Buna qədər o, İtaliyanın Xarici İşlər Nazirliyinə başçılıq edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti