Almaniyanın İrəvandakı səfirliyində yanğın olub

Almaniyanın İrəvandakı səfirliyində yanğın olub
  14 Yanvar 2017    Oxunub:1380
Almaniyanın Ermənistanın paytaxtı İrəvanda yerləşən səfirliyinin binasında yanğın olub.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu gün saat 08:29-da səfirliyin binasının ikinci mərtəbəsində yanğın olub. Hadisə yerinə dərhal yanğınsöndürən briqadalar cəlb olunub.

Yanğın 08:49 radələrində söndürülüb.

Məlumata əsasən səfirin otağında elektrik qızdırıcısının naqilləri və divardan asılan tarixi foro yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti