Keçmiş arvadının sevgilisini öldürdü

Keçmiş arvadının sevgilisini öldürdü
  20 Dekabr 2016    Oxunub:1276
Tərtər rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tərtər rayon sakini Cəmilə Əhmədovanın şəhər ərazisində kirayədə yaşadığı evin həyətində keçmiş əri Vüqar Hüseynov qısqanclıq zəminində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş Q.Tanrıverdiyev orada ölüb. Tərtər RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti