Sabunçuda 2 otaqlı ev yanıb

Sabunçuda 2 otaqlı ev yanıb
  18 Dekabr 2016    Oxunub:1325
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının döşəməsi 10 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti