Bakıda 8 ailənin evi yanıb

Bakıda 8 ailənin evi yanıb
  16 Dekabr 2016    Oxunub:1184
Bakıda yanğın hadisəsi olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu ərazisində qeydə alınıb. Ərazidə ümumi sahəsi 730 m² olan birmərtəbəli birdam altında tikilmiş 8 ailəyə məxsus yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, digər otaqların tavanı ümumilikdə 11 m² sahədə və ümumi evin dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti