Neftçilərdən birinin meyiti sahilə gətirildi

Neftçilərdən birinin meyiti sahilə gətirildi
  16 Dekabr 2016    Oxunub:2830
Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı 10 nəfərin itkin düşməsindən sonra meyiti tapılan neftçi İlham Qafarovun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib.
Bu barədə AzVision.az-a "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, İlham Qafarovun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb.

Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək. Cəsədi tapılan Qafarov İlham Əlihüseyn oğlu 1958-ci il təvəllüdlüdür. Mərhum neftçinin 3 uşağı yadigar qalıb.

Qeyd edək ki, bu gün səhər saatlarında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər dənizdə itkin düşüb. İtkin düşənlərdən İlham Qafarovun meyiti dənizdə tapılaraq, sudan çıxarılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti