Muradov keçmiş arvadını niyə öldürüb? - Oteldəki qətlin səbəbi

Muradov keçmiş arvadını niyə öldürüb? - Oteldəki qətlin səbəbi
  13 Dekabr 2016    Oxunub:2857
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Masallı rayonunda qətl hadisəsi törədilib.
Masallı rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 41 yaşlı İbrahim Paşa oğlu Muradov keçmiş həyat yoldaşı 22 yaşlı Röya Novruz qızı Hüseynovanı qətlə yetirib.

Qətl hadisəsi Masallıda yerləşən otellərdən birində baş verib. Məlumata görə hər iki şəxs Salyan rayon sakinidir.

Hadisə qısqanclıq zəminində baş verib.

“Ailənin iki az yaşlı övladı var. Hadisəyə baxış keçirilib, ekspertiza təyin edilib. İstintaq davam etdirilir”, -deyə rayon prokurorluğundan bildirilib.

Hadisə ilə bağlı müxtəlif şayiələr yayılıb. İddalara görə, Muradov keçmiş xanımını oteldə başqa kişi ilə görüşdüyü üçün öldürüb. Röya Hüseynovanın yaxınları bu haqda danışmaq istəmədiklərini bildiriblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti