Bakıda keçmiş deputatlığa namizədi maşın vurub

Bakıda keçmiş deputatlığa namizədi maşın vurub
  12 Dekabr 2016    Oxunub:2734
Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub.
AzVision.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, “Aqata” şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zilfi oğlunu maşın vurub. Xəsarət alan Q.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Q.Ağayev keçmiş deputatlığa namizəddir. Onun namizədliyi 2010-cu ildə “Qarabağ” bloku tərəfindən irəli sürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti