Sumqayıt qatarı niyə tez-tez yolda qalır? - (VİDEOXƏBƏR)
“Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar həssasdır və gərginlik aşağı olan kimi hərəkətində problem yaranır. Bu gün Sumqayıtdan gələn qatarın gecikməsinə səbəb güclü küləyin elektrik dirəyini aşırması olmuşdu. Problem artıq həll olunub. Amma gərginliklə bağlı məsələ bizdən asılı deyil, gərginliyi biz alırıq. Problemin səbəbi araşdırılır. Bu işlə mühəndislər məşğul olurlar”.
Qeyd edək ki, Bakı-Sumqayıt və əks istiqamətdə hərəkət edən qatarların hərəkət qrafiklərində mütəmadi olaraq gecikmələr müşahidə olunur.
Aytən Zəhra
AzVision.az