Obama İŞİD-in yaranmasının səbəbini açıqladı - (VİDEOXƏBƏR)

“İŞİD-ə qarşı cavab tədbirləri ilə bağlı qərar verilərkən biz 2003-cü ildə İraqa müdaxilə zamanı buraxdığımız bəzi səhvləri təkrarlamaqdan imtina etdik. Məhz həmin səhvlər sonradan İŞİD-ə çevrilən təşkilatın formalaşmasına kömək etdi. 2014-cü ildən bu vaxta qədər əsas üstünlük, ilk növbədə, İŞİD-lə mübarizə aparan İraqın milli birlik hökumətinə dəstəyə verilir. Bundan əlavə, ABŞ, İraqın qonşuları da daxil olmaqla, 60 ölkənin qoşulduğu koalisiya yaradıb”, - deyə Obama bildirib.
Prezidentin sözlərinə görə, koalisiya terrorçulara artıq 16 mindən çox zərbə endirib, on minlərlə yerli döyüşçüyə yardım göstərilib, İŞİD-in nəzarətində olan ərazilərin yarıdan çoxu azad edilib.
Eldar Tanrıverdiyev
AzVision.az