Zərərçəkənlərin iddiasına görə, taxta konstruksiyalardan olan evləri ruhi-əsəb xəstəliyi olan qonşuları yandırıb: “Biz psixiatriya xəstəxanasına və polisə dəfələrlə müraciət etmişik. Onu müraciətimizdən sonra tutdular, amma bir həftə sonra geri qaytarıldı”.

Onun yandırdığı 5 gecəqonduda 19 nəfər yaşayırmış. Hadisə yerinə gələn Vanadzorun meri Mamikon Aslanyan evləri yanan şəxslərin müvəqqəti mənzillə təmin edəcəyinə söz verib. Yanğının səbəblərinin araşdırılması üçün ekspertiza təyin olunub.

İlkin Nəcəfzadə
AzVision.az