Bakı Ermənistana uçan təyyarəni geri qaytardı - SƏS YAZISI (VİDEOXƏBƏR)

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə pilotun danışıqları internetdə yerləşdirilib.
“İrəvana kimi uça bilmirik, Azərbaycan buraxmır. Uçuş qadağan olunub”, - deyə dispetçer səs yazısında deyib.
Sonradan ekipaja geriyə - Soçidəki hərbi aerodroma qayıtmaq əmr olunub. Gecə saatlarında təyyarə Soçidə eniş edib.
Təyyarənin Suriya istiqamətində uçduğu bildirilir.
Eldar Tanrıverdiyev
AzVision.az