Özbəkistan yeni prezidentini seçdi - (VİDEOXƏBƏR)

AzVision.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 19.00) seçki məntəqələri bağlanıb.
Yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılan seçki məntəqələrində səsvermə başa çatana qədər 21,4 milyon seçicidən 17,69 milyon nəfər, yəni 86,62 faizi səs verib.
Seçkinin ilkin nəticələrinin sabah səhər açıqlanacağı gözlənilir.
***
Özbəkistanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
AzVision.az Özbəkistan KİV-nə istinadən xəbər verir ki, Liberal-Demokrat partiyası prezidentliyə namizəd Şövkət Mirzyoyevin seçkilərdə qalib gəldiyini elan edib.
“Bizim qərargaha məlumatlar daxil olur və seçkilərdə qalib gəldiyimizi elan edə bilərik”-deyə partiyanın sədr müavini Dilşod Şoumarov deyib.
AzVision.az