Qazın və işığın yeni qiymətləri necə hesablanacaq - VİDEO (İNFOQRAFİKA)

Qazın və işığın yeni qiymətləri necə hesablanacaq - VİDEO (İNFOQRAFİKA)
  29 Noyabr 2016    Oxunub:26486
Tarif Şurasının son iclasında təbii qaz və elektrik enerjisinin qiymətlərinə yenidən baxılıb.

Şuranın qərarına görə, yanvarın 1-dən başlayaraq, əhali 1500 kubmetrədək qazın qiymətini elə indiki tariflə - yəni bir kubmetri 10 qəpikdən ödəyəcək. Sərfiyyat 1500 kubmetri keçəndən sonra isə qazın hər kubmetri əhaliyə 20 qəpiyə başa gələcək.

Qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın min kubmetri 200 manat müəyyən edilib. Amma elektrik enerjisi istehsal edən müəssisələr istisnadır. Elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə onlar qazın min kubmetri üçün 120 manat ödəyəcəklər.



Qeyri-əhali istehlakçı qrupu üçün yeni qiymətlər dekabrın 1-dən tətbiq olunacaq.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin bir kilovat-saatı əhali üçün aylıq istehlak 250 kilovat-saata çatana qədər elə indiki 7 qəpik səviyyəsində qalacaq. Sərfiyyat həmin həddi keçəndən sonra isə artıq hissənin hər kilovat saatı üçün 11 qəpik ödəniləcək.

Qeyri-əhali qrupu üçün isə elektrik enerjisinin qiyməti 9 qəpik müəyyən edilib. Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin dekabrın 1-dən qüvvəyə minir.



Video: Bəxtiyar Məmmədov
Dizayner: Turan Ramazanlı

AzVision.az


Teqlər:  





Xəbər lenti