`Təhminə` qalmaqalına son qoyuldu - (VİDEOXƏBƏR)
AzVision.az məsələ ilə bağlı Zülfiyyə Xanbabayevadan münasibət öyrənməyə çalışıb. Xalq artisti bu haqda danışmaq istəmədiyini deyib: “Söz-söhbətin böyüməsini istəmirəm. Buna görə jurnalistlərin suallarını cavablandırmaq istəmirəm. Bu məsələyə son qoymaq lazımdır”.
“Mənimsən” adlı mahıya çəkilmiş klipin rejissoru Fuad Əlişov bildirib: “Mən bütün çəkiliş prosesində iştirak etməmişəm. Yalnız Zülfiyə xanımın oxuduğu məqamları çəkmişəm və montaj etmişəm. Aktyorların çəkildiyi hissədə iştirak etməmişəm. Buna görə də bir söz deyə bilmərəm”.
Xalq artisti Fəxrəddin Manafov isə bildirib ki, Meral Konratın fikirləri onun üçün əhəmiyyətli deyil.
Xatırladaq ki, Meral Konrat report-a müsahibəsində Fəxrəddin Manafonun onu məyus etdiyini deyib. Onun sözlərinə görə, F.Manafov ötən il "Təhminə-2" filminin çəkilməsi ilə bağlı aktrisaya zəng edib. Lakin onu Bakıda filmə deyil, Zülfiyyə Xanbabayevanın klipinə çəkiblər.
"Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nə qonorar aldım, nə də təşəkkür. Yəni çox, çox incidim. Mənim belə üzüntülərim, təəssüflərim keçir. Nə isə... Bir gün Bakıdan məni özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırdılar. Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin mənə qarşı bir neçə dəfə buna bənzər şeylər etdi və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm", - məşhur aktrisa əlavə edib.
Şahanə Rəhimli
AzVision.az