NATO-dan Qarabağ açıqlaması: VİDEO XƏBƏR

AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda keçirilən NATO PA-nın plenar iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, alyans münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir: “Prosesdə maraqlıyıq və bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə təşviq edirik”.
NATO-nun baş katibi bildirib ki, Alyans üçün qərar ən ali dəyərdir. O, Ermənistan-NATO və Azərbaycan-NATO münasibətlərində tərəfləri Qarabağ məsələsində NATO-ya şərt qoymamağa çağırıb.
İlkin Nəcəfzadə
AzVision.az