Bakıda evdə yanğın olub

Bakıda evdə yanğın olub
  15 Noyabr 2016    Oxunub:1085
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə, mətbəxin yanar konstruksiyaları və əşyaları 6 m2 sahədə yanıb, yüksək temperaturdan hamamın və dəhlizin lambirdən ibarət tavanı 8 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti