`Qarabağ`dan səfərdə tarixi qələbə - Video

`Qarabağ`dan səfərdə tarixi qələbə - Video
  04 Noyabr 2016    Oxunub:17138
Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
AzVision.az xəbər verir ki, qrup mərhələsinin IV turunda Ağdam təmsilçisi səfərdə Yunanıstanın “PAOK” komandası ilə qarşılaşıb.

“Tumba” stadionunda keçirilən oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. “Qarabağ” futbolçuları rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, ilk hissədə hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan “Qarabağ” görüşün 69-cu dəqiqəsində istəyinə çatıb. Miçel topu qapının uzaq küncünə vuraraq hesabı açıb. Qoldan sonra daha da fəallaşan “Atlılar” rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaratsalar da, hesab dəyişməyib. Beləliklə, görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Təmsilçimiz növbəti oyununu noyabrın 24-də səfərdə “Slovan”a qarşı keçirəcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti