Gənc şair imza günü keçirdi

Gənc şair imza günü keçirdi
  14 Oktyabr 2016    Oxunub:2782
Gənc şair Məhəmməd Turanın yeni işıq üzü görmüş `Şeir Sevgilim` şeirlər kitabının təqdimat mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, tədbiri şairə Fərqanə Mediyeva açıq elan edərək qonaqları salamladıqdan sonra Məhəmməd Turanın şeirləri haqqında qonaqlara məlumat verib.

Sonra tanınmış qələm sahiblərindən Dayandur Sevgin, Ayaz Arabaçı, Həmzəli İlyas, Qəşəm Nəcəfzadə, Balayar Sadiq , Aləmzər Sadıqqızı, Narıngül Nadirqızı, Nuranə Nur və digərləri, gənc yazarlardan Emil Rasimoğlu, Əntiqə Səməndər, Sərvər Kamranlı və başqaları çıxış edərək müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, 2000-ci ildə Şəmkir rayonunda anadan olan M.Turan hazırda Əhməd Cavad adına tam orta məktəbin 11-ci sinifində təhsil alır. O, Azərbaycan Yazıçılar Birliyinin nəzdində yaradılan 3-cü Gənc Ədiblər Məktəbinin üzvüdür. Onun şeirləri ölkənin bir sıra nüfuzlu mətbuat orqanlarında dərc olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti