7 istiqamətdə atəşkəs pozulub

7 istiqamətdə atəşkəs pozulub
  13 Avqust 2013    Oxunub:1051
Erməni silahlı birləşmələri atəşkəs rejimini pozub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti