Qazaxıstanda qatar qəzası: 55 nəfər yaralanıb

Qazaxıstanda qatar qəzası: 55 nəfər yaralanıb
  29 İyul 2013    Oxunub:1152
Alma-Ata şəhərində qatarlar toqquşub.
Qazaxıstanda dəmiryol qəzası baş verib. Alma-Ata şəhərində 2 qatarın toqquşması nəticəsində azı 55 nəfər yaralanıb.

Onlardan beşi ciddi xəsarətlər aldığı üçün dərhal yaxınlıqdakı xəstəxanlara yerləşdirilib. Əraziyə onlarla təcili-tibbi yardım briqadası cəlb olunub. Bildirilir ki, qatarlardan biri Alma-Atadan Novosibirisk şəhərinə istiqamət götürən sərnişin qatarıdır.

Hadisə də məhz qatar yola düşəndən az sonra baş verib. Xoşbəxtlikdən qatarların sürətinin az olması faciənin daha böyük miqyas almasına əngəl olub. Qəzanın səbələri hələ açıqlanmasa da, güman edilir ki, hadisə dispetçerin diqqətsizliyi üzündən baş verib.


Teqlər:  





Xəbər lenti