Ramiz Mehdiyevin ideyası gerçəkləşdi

Ramiz Mehdiyevin ideyası gerçəkləşdi
  23 Fevral 2013    Oxunub:1322
Ramiz Mehdiyevin ideya rəhbəri olduğu "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə" adlı 2 cildli kitabının təqdimat ı olub.
Bu gün Bakıda Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin ideya rəhbərliyi, professor Əli Həsənovun redaktorluğu, "Azərbaycan" qəzeti redaksiyası ilə Milli Olimpiya Komitəsinin əməkdaşlığı əsasında ərsəyə gələn "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə" adlı 2 cildli kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, kitab Heydər Əliyevin xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycanda Olimpiya Hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci ildönümünə ithaf edilir.

Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kitab haqqında məlumat verərək qeyd edib ki, kitabda Azərbaycan iqtidarının idman siyasəti və onun tərkib hissələri olan gənclərin inkişafına qayğı, ölkə vətəndaşlarının sağlamlığı, Azərbaycanın dünyaya təqdimatı və müasir imici məsələləri, Azərbaycanda idmanın inkişafına Heydər Əliyevin göstərdiyi qayğı və qoyduğu təməl, Prezident İlham Əliyevin idman sahəsində gördüyü işlərdən bəhs edilir.


Teqlər:  





Xəbər lenti