Universitetlərimizin reytinqi - VİDEO

Universitetlərimizin reytinqi - VİDEO
  23 Fevral 2013    Oxunub:1420
Siyahıda yer alan yeganə ali təhsil ocağımız Xəzər Universiteti 6233-cü pillədə qərarlaşıb.
Artıq 8 ildir ki, dünya ölkələrinin məşhur ali məktəblərinin reytinq cədvəlini açıqlayan İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi bu dəfə öz qiymətləndirilməsini ölkəmizin 38 ali təhsil ocağına da tətqiq edib. Reytinq cədvəlinə görə, dünya universitetləri arasında Rusiyanın 288, Türkiyənin 112 ali məktəbi dünyanın ən yaxşı universitetləri sırasına aid edildiyi halda Azərbaycandan yalnız 1 universitet - Xəzər Universiteti yer tuta bilib. Azərbaycandan Xəzər universiteti 6233-cü pillədə qərarlaşıb.

Azərbaycan universitetləri arasında aparılan reytinq sıralaması ilə belədir:

1) Qafqaz Universiteti,
2) Xəzər Universiteti,
3) Azərbaycan Diplomatik Akademiyası,
4) Bakı Dövlət Universiteti,
5) Azərbaycan Tibb Universiteti.

İspaniyanın Elmi Tədqiqat Mərkəzi 23 min universitet arasındakı reytinq cədvəlində ən çox təmsil olunan ölkələr ABŞ, Çin və Yaponiyadır.




Teqlər:  





Xəbər lenti