Prezident Sərəncam verdi

Prezident Sərəncam verdi
  22 Fevral 2013    Oxunub:2757
Prezident İlham Əliyev Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AzVisiom.az-ın məlumatına əsasən, Sərəncamda deyilir:
“Yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın”.

Qeyd edək ki, dövlət başçısı Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşmənin təmin edilməsini Maliyyə Nazirliyinə tapşırıb.


Teqlər:





Xəbər lenti