`Şəhrizadın oyunu` Türkiyə səhnəsində

`Şəhrizadın oyunu` Türkiyə səhnəsində
  17 Aprel 2016    Oxunub:2450
Gəncə Dövlət Dram teatrının yaradıçı kollektivi qardaş Türkiyə Çumhuriyyətinə qastrol səfərinə yola düşüb.

Artıq 9-cu səfər kimi reallaşan bu qastrola teatrın direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov rəhbərlik edir. Konya şəhərində gerçəkləşəçək “ Min nəfəs, bir səs ” adlı Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Turqay Narın “ Şəhrizadın oyunu ” mistik-psixoloji dramı nümayiş etdiriləçək.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Pyesdə əsas rolları əməkdar mədəniyyət işçisi Yusif Cəfərov, Sevda Orucova, əməkdar artistlər Salamulla İsmayılov, Novruz Cəfərov və digərləri ifa edirlər.

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımovun verdiyi xəbərə görə, yaradıçı kollektiv həmçinin Gerasunda da tamaşaçılar qarşısında çıxışlar edəçək.
Kollektiv may ayının 5-də Gəncəyə qayıdaçaq.


Teqlər:





Xəbər lenti