Emin ilk dəfə Azərbaycanda turneyə çıxacaq

Emin ilk dəfə Azərbaycanda turneyə çıxacaq
  16 Aprel 2016    Oxunub:2800
Müğənni-bəstəkar Emin Ağalarov növbəti konsert turnesinə hazırlaşır.
AzVision.az axşam.az-a istinadən xəbər verir ki, turne iyunun 5-də Bakıda başlayacaq.

"Çoxdandır sizinlə görüşü gözləyirdim. Nəhayət, həmin vaxt gəldi",- deyə Emin yeni layihəsini anons edib. Bakıda sahibi olduğu "Sea Breeze" istirahət mərkəzində çıxış etdikdən sonra ifaçı Nayl Rocersin Böyük Britaniya və ABŞ-dakı festivallarında iştirak edəcək. Daha sonra isə Rusiyada "Naçistotu" adlı turneyə start verəcək.

Emin ilk dəfə Azərbaycanda turneyə çıxacağını da vurğulayıb. Bakı ilə yanaşı müğənni Gəncə, Qəbələ, Qusar, Lənkəran və Şəkidə konsert verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti