Əli Həsənov beynəlxalq tribunaldan danışdı

Əli Həsənov beynəlxalq tribunaldan danışdı
  22 Fevral 2013    Oxunub:1506
“Xocalı soyqırımını törədənləri, Koçaryanı da, Sarkisyanı da, Qorbaçovu da beynəlxalq məhkəməyə, tribunala vermək lazımdır”.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, Xocalı faciəsi dünyada ən dəhşətli soyqırımlardan biridir: "II dünya müharibəsində yəhudi soyqırımını törədənlərin hamısı cəzalandırıldı. Amma təəssüf ki, Xocalı soyqırımını törədənlər cəzalandırılmayıb".

Baş nazirin müavininin sözlərinə görə, təəssüf ki, materiallar hələ tam toplanmayıb. "Amma bu iş davam edir. Ümid edirik ki, Azərbaycan beynəlxalq hüquq normalarından istifadə edəcək. Təəssüf ki, bu gün insan hüquqlarından danışan beynəlxalq təşkilatların heç biri bu məsələyə münasibət bildirməyib. Çünki biz azərbaycanlıyıq, çünki biz türkük", - Dövlət Komitəsinin sədri çıxışında vurğulayıb.

Onun sözlərinə görə, lakin Azərbaycan bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün işləri görür və konkret nəticələr artıq görünməyə başlayıb. Əli Həsənov deyib ki, bu, təkcə bizim yox, bütün türk dünyasının problemidir.
(trend)



Teqlər:





Xəbər lenti