Həkimlər həyatını qurtardı

Həkimlər həyatını qurtardı
  22 Fevral 2013    Oxunub:2181
Gənc oğlan bir neçə qutu dərman içərək intihar etmək istəyib.
Bakının Nərimanov rayonunda 23 yaşlı oğlan özünü öldürmək qərarına gəlib. Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gecə 1990-cı il təvəllüdlü Əşrəf Muradov özünü zəhərləyib.

Bunun üçün o, bir neçə qutu dərman içib. Onu huşsuz vəziyyətdə ailə üzvləri aşkarlayıblar. Ə.Muradov dərhal xəstəxanaya gətirilib. Həkimlərin səyi nəticəsində gəncin həyatını xilas etmək mümkün olub. Ə.Muradovun intihar səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti