Səmra “Eurovision”a 4 il əvvəl getmək istəyirdi...

Səmra “Eurovision”a 4 il əvvəl getmək istəyirdi...
  10 Mart 2016    Oxunub:3285
Azərbaycanı Stokholmda “Miracle” (Möcüzə) mahısı ilə Səmra Rəhimli edəcək. İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini rəsmən bəyan edib.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumatda bildirilir ki, 21 yaşlı ifaçı 10 may 2016-cı ildə baş tutacaq ilk yarımfinalda “Eurovision” səhnəsinə çıxaraq “Miracle” mahnısını ifa edəcək.

S.Rəhimli “Eurovision-2012”nin Milli Seçim Turunda iştirak edib. Lakin o dövrdə Milli Müsabiqənin iki ən gənc iştirakçılarından biri kimi ictimaiyyətin diqqətini cəlb etmiş Səmra ölkəni “Eurovision”da təmsil etmək hüququnu əldə edə bilməyib.

Bundan sonra o, müxtəlif ölkələrdə keçirilən “Səs” müsabiqələrində iştirak edib və daha da püxtələşib. Belə ki, 2015-ci ildə S.Rəhimli “O səs Türkiyə” yarışmasında ¼ finala qədər irəliləyib, 2016-cı ilin mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib.

İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti, Avropanın 35 ölkəsindən olan “Eurovision” azarkeşlərinin rəyi əsasında seçilib.

S.Rəhimlinin “Eurovision”da ifa edəcəyi “Miracle” mahnısının rəsmi təqdimatı bu həftə keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti