Rusiyada dava salan azərbaycanlıların aqibəti

Rusiyada dava salan azərbaycanlıların aqibəti
  22 Fevral 2013    Oxunub:1506
Peterburqdakı qız davasında iştirak edən həmvətənlərimiz Azərbaycana geri göndəriliblər.
Peterburqda kütləvi dava zamanı saxlanılan doqquz nəfər azərbaycanlı qeyri-qanuni miqrant kimi ölkələrinə deportasiya olunacaq. Rusiya KİV-inə əsasən, bu, hüquq-mühafizə orqanlarından verilən məlumatada deyilir.

Xatırladaq ki, azərbaycanlıların iştirakı ilə kütləvi dava fevralın 19-da Sankt-Peterburqun cənubunda baş verib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan verilən məlumata görə, davaya səbəb gəlinin toy ərəfəsində qaçırılması olub. Dava nəticəsində dörd nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı 28 nəfər saxlanıb.



Teqlər:  





Xəbər lenti