Bakıda Rostropoviç festivalı ləğv oldundu

Bakıda Rostropoviç festivalı ləğv oldundu
  03 Mart 2016    Oxunub:2224
Bu il Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilməyəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə festivalın bədii rəhbəri Olqa Rostropoviç bildirib.

“Təəssüf ki, indi hər yerdə tüğyan edən böhranla əlaqədar bu il Bakıda festival keçirilməyəcək. Ümid edirik ki, Mstislav Rostropoviçin yubileyinin təsadüf etdiyi gələn il festivalı yenidən keçirməyə müvəffəq olacağıq”, - o deyib.

Xatırladaq ki, sonuncu Rostropoviç festivalı Bakıda 2015-ci ilin may ayında keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti