Milli Məclis bu qanunları dəyişəcək - SİYAHI

Milli Məclis bu qanunları dəyişəcək - SİYAHI
  22 Fevral 2013    Oxunub:1709
Milli Məclisin 22 fevral iclasında İnzibati Xətalar Məcəlləsinə, “Reklam haqqında”, “Veteranlar haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Əmək pensiyaları haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Dərman vasitələri haqqında” qanunlara dəyişikliklər olunacaq.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, “Reklam haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, özəl tibb fəaliyyəti subyektlərinin göstərdiyi tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir.
“Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinə görə, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanının verdiyi nəzarət markası yapışdırılmalıdır.
“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılar da), audio və video materiallar, mal və məlumatlar və dini məzmunlu başqa məlumat materialları ilə bağlıdır. Dəyişikliyə əsasən, vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslərin həmin materialları müvafiq icra hakimiyyəti orqanının razılığı ilə istehsal, idxal, ixrac etməsi, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yayması mükündür. Nəzarət markası ilə markalanmış materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.
İclasın gündəliyində Azərbaycan qazının Türkiyədən nəqli üçün müstəqil boru kəmərinin inşasına dair memorandumun təsdiqi də var.


Teqlər:





Xəbər lenti