Azərbaycanlı rəssam Balayanın rəsmini niyə çəkib?

Azərbaycanlı rəssam Balayanın rəsmini niyə çəkib?
  26 Fevral 2016    Oxunub:3831
Azərbaycanlı rəssam Ramal Kazımov Xocalı soyqırımının ideoloqlarından biri Zori Balayanı ittiham edən əsər yaradıb.
Rəssam əsərində Zori Balayanı dinc insanların, uşaqların qatili kimi təqdim edir.

Ramal Kazımov çəkdiyi əsərlə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.

Rəssamın fikrincə, hamının tanıdığı qatilin şəkli hər kəsin bildiyi gerçəkliyi ifadə edir. O, tarixi fakta əsaslanaraq Balayanın rəsmini çəkdiyini bildirib:

“Həmin tabloda erməni yazıçısının, qələm insanının bu qədər ciddi vəhşiliyə getməyi dünyada tanınan tibbi xəstəlik-erməni xəstəliyinin mövcud olduğunu isbat edir. Mən də yazıçının belə davranışını, əsasən də uşaqlara qarşı hikkəsini normal insan düşüncəsinə sığmayan xəstə təfəkkürünün olduğunu göstərmək istəmişəm. Çox təəssüfləndirici bir hal olsa da, erməni xəstəliyindən “ilhamlanaraq” bu tablonu yaratmışam”.

R.Kazımov bu əsəri hərbi xidmətdən qayıtdıqdan sonra çəkdiyini söyləyib: “Bu tablonu hərbi xidmətdən qayıdanda çəkmişdim. Hərbi xidmətdə olarkən insan ən böyük vətənpərvərlik hissləri yaşayır”.

Xatırladaq ki, Zori Balayan Xocalıdakı qətliama görə Azərbaycan Respublikası Prokurorluğunun açdığı cinayət işi üzrə barəsində axtarış elan edilib. Hətta tutulub, təhvil verilməsi üçün Zori Balayanın adı İnterpola da təqdim edilib.



Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti