Şamaxıda ayı hücumu - 2 nəfər xəsarət aldı

Şamaxıda ayı hücumu - 2 nəfər xəsarət aldı
  24 İyun 2013    Oxunub:1336
Şamaxıda ayı sakinərə hücüm çəkib.
Hadisə rayonun Qaladərəsi və Çeşmədil kəndərində baş verib. Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Şamaxı rayon mərkəzi xəstəxanasından verilən məlumata görə ayı Kənd sakini Fəridə Nuriyevaya hücum edib.

Fəridə Nuriyeva bədəninin müxtəlif nahiyyələrindən dişlək və çırmaq yaraları ilə xəstəxanaya yerləşdirilib. Daha sonra ayı Çeşmədil kəndinə hücum edərək burada da Sahib Allahverdiyevə ölümcül xəsarət yetirib.Kəndli ölümcül halda rayon xəstəxanasına yerləşdirilib.


Teqlər:





Xəbər lenti