Prospektdə yol qəzası, xəsarət alan var

Prospektdə yol qəzası, xəsarət alan var
  22 İyun 2013    Oxunub:1185
Bu gün saat 18:50 radələrində Bakının Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az ans-ə istinadən xəbər verir ki, BMW markalı ovtomobil arxadan Ceep Grand Cherokee markalı avtomobilə çırpılıb.

Nəticədə hər iki avtomobilə ciddi zərər dəyməklə yanaşı, BMW-də olan sərnişin ağır yaralanıb. Adı hələlik məlum olmayan yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəzadan sonra Babək prospektində nəqliyyatın hərəkəti təxminən 30 dəqiqədən çox dayanıb. YPX əməkdaşlarının müdaxiləsindən sonra prospektdə hərəkət bərpa edilib.


Teqlər:  





Xəbər lenti