Arzu Rəhimov vətəndaşları qəbul edib

Arzu Rəhimov vətəndaşları qəbul edib
  22 İyun 2013    Oxunub:1362
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xaçmazda vətəndaşlarla görüşüb
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov bu gün Xaçmaz rayonunda şimal regionu üzrə vətəndaşların qəbulunu keçirib.

AzVision.az xəbər verir ki, qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan 20-dək vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox onların hərbi xidmətə çağırılan övladlarının yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələrinə, şimal regionu üzrə Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbuluna, ailə vəziyyətinə görə möhlət hüququnun verilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb, araşdırmaların nəticələrindən asılı olaraq cavablandırılacağı bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti