Astarada yol qəzası : 2 ölü, 2 yaralı

Astarada yol qəzası : 2 ölü, 2 yaralı
  22 İyun 2013    Oxunub:1424
Yol qəzası nəticəsində ata və qızı dünyasını dəyişib.
Astara rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 16 radələrində Bakı-Astara avtomagistralının 226-cı km-də İran İslam Respublikasının vətəndaşı, 10.06.1981-ci il təvəllüdlü Bağheri Behzad Cəlil oğlunun idarə etdiyi İVECO NT 36-330 markalı 53 A 597-10 nömrəli avtomaşınla Astara rayon Şiyəkəran kənd sakini 08.01.1951-ci il təvəllüdlü Həsənov Nəsir Murad oğlunun idarə etdiyi VAZ 21011 markalı avtomaşının toqquşması nəticəsində sürücü Nəsir Həsənov və onun avtomaşınında olan qızı 1981-ci il təvəllüdlü Əliyeva Natəvan Nəsir qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Həmin avtomaşında olan digər sərnişinlər 2006-cı il təvəllüdlü Əliyev Rəşad İlkin oğlu və onun qardaşı 2007-cı il təvəllüdlü Əliyev Əli İlkin oğlu aldıqları xəsarətlərlə Astara RMX-na yerləşdiriliblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti