Sərxoş sürücü bir nəfərin ölümünə səbəb oldu

Sərxoş sürücü bir nəfərin ölümünə səbəb oldu
  21 İyun 2013    Oxunub:1001
Azərbaycanın Füzuli rayonunda ağır-yol hadisəsi baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 1985-ci il təvəllüdlü Həsənov Niyaməddin Valodya oğlu sərxoş vəziyyətdə idarə etdiyi VAZ 2106 markalı maşını aşırıb.

Hadisə nəticəsində, sürücü özü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Maşında olan sərnişini isə 1968-ci il təvəllüdlü Əliyev Xəqani Nərçə oğlu isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mirvari


Teqlər:  





Xəbər lenti