Əli Həsənov: “BMT-yə müraciət edəcəyik”

Əli Həsənov: “BMT-yə müraciət edəcəyik”
  20 İyun 2013    Oxunub:1280
Bu bütün dünya üçün fəlakətdir
“Ermənistanın özü, onu müdafiə edən ölkələr, Ermənistana yardım edən, onu müdafiə edən beynəlxalq təşkilatlarda artıq belə fikir formalaşıb ki, bu problemin həllinə nail olmaq lazımdır”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, əgər bu günlərdə dünyanın ən böyük 8 ölkəsinin rəhbərləri toplanıb bir yerdə dünyanın qlobal problemlərinin müzakirə edərkən, onun həlli yollarını axtararkən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də diqqət yetirirlərsə, həmsədr dövlətlərin prezidentləri, rəhbərləri ABŞ, Rusiya, Fransa rəhbərləri bəyanat qəbul edirlərsə, bu bir daha onu göstərir ki, cənab prezidentin də qeyd etdiyi kimi, bu dünyəvi problemdi.

“Bu dünya üçün fəlakətdir, ona görə oradakı müzakirələr cənab prezidentin dediklərinin öz əksini tapması kimi qiymətləndirmək olar”.-deyə Ə. Həsənov vurğulayıb.

O qeyd bedib ki, həmsədr ölkələrin rəhbərləri artıq dərk edirlər ki, bu problemin həll yolu tapılmasa, qısa müddətdə həll olunmasa, bu dünyəvi bir fəlakətə və dünya üçün çox qorxulu bir problemə çevrilə bilər.

“Həmin ərzilərdə narkotika becərilir, satılır. əfqan narkotikinin beynəlxalq tranzit marşurutuna çevrilib. O ərazilərdə terror qruplar formalaşdırılıb və dünyanın müxtəlif konflikt zonalarına göndərilir. Bundan, müəyyən vəsait qazanırlar. Bu yaxınlarda bizim Milli Təhlükəsizlik nazirliyi narkotikləri daşıyan bir neçə şəxsi saxlayıblar. Onlar özləri etiraf ediblər ki, bu orada əkilib, becərilən narkotikdir. Bu bir daha onu göstərir ki, 1998-ci ildən Azərbaycan prezidenti, hökuməti bu problemi beynəlxalq tədbirlərdə qaldırıblar. Həmin ərazilərdə belə hallar, faktlar var. Bu bir daha onu göstərir ki, dünyanın özündə də bu cür faktlara da haradasa biganəlik var. Bu biganəlik özüdə gələcəkdə həmin dövlətlərin özü üçün ciddi bir problemlərə gətirib çıxara bilər. Bu problemə də BMT-nin narkotiklərə məşğul olan idarəsinə bu yaxınlarda yenə bir müraciət göndərəcəyik. Nəhayət ki, bu müraciətimizə diqqət yetiriləcək. Həmin müraciətimizdə qeyd edəcəyik ki, orada monitorinq aparılsın və birdəfəlik bu BMT-nin sənədlərində öz əksini tapsın”.
Komitə sədri ölkədəki1milyon 200 min qaçıqna səbr diləyib:
“Hesab edirəm ki, Azərbaycan preizdenti bu problemin həllinə nail olacaqdır. Onlar ağır şəraitlərdə yaşayıblar. Azərbaycan hökuməti çalışır ki, müvəqqətidə olsa, onlar həyat şəraiti yaxşılaşdırılsın, rahat mənzillərdə yaşasınlar. Öz doğma yurdlarına qayıdana qədər. Biz hesab edirik ki, bu mütləq baş verəcəkdir”.

ANar



Teqlər:  





Xəbər lenti