Avtomobil bazarında çirkin yarış – TƏHLİL

Avtomobil bazarında çirkin yarış – TƏHLİL
  26 Oktyabr 2015    Oxunub:33650
Bu gün dünyada önəmli avtomobil bazarları uğurunda gizli mübarizə gedir. “Toyota” və “Volkswagen” kimi nəhəng avtomobil konsernləri ətrafında formalaşdırılan geoiqtisadi mühüt deməyə əsas verir ki, ABŞ bu şirkətləri ciddi şəkildə sıxışdırmağı qarşısına məqsəd qoyub. Beləcə, dünya avtomobil bazarının geoiqtisadi spidometri ən yüksək sürət həddini göstərməyə başlayıb.

Avtomobil bazarında gedən geoiqtisadi oyunları başa düşmək üçün bu şirkətlərin bioqrafiyasını mütləq detallı araşdırmaq lazımdır. Yaponiya markası “Toyota” ilə Almaniya brendi “Volkswagen” 2014-cü ildə dünyanın ən çox satılan avtomobilləri olublar. Hər iki marka ən yüksək rəğəmlərə çataraq, bir ildə 10 milyon avtobil satdılar. Onların ardınca isə ABŞ-ın “General Motors” şirkəti 3-cü sırada gəlir.

Gəlin, “Toyota” şirkətinin ümümi iqtisadi parametr və göstəricilərinə diqqətlə baxaq. “Toyota” dünyanın 10 böyük avtomobil şirkətindən biridir. Hələ 2007-ci ildə “Toyota” ən yüksək satış göstəricisi əldə edərək, “General Motors”u ötüb keçib və ən çox satılan avtomobil adını qazanıb. Ən maraqlısı isə budur ki, “Toyota” şirkəti rəsmi açıqlamasında bildirib ki, 2050-ci ildə şirkət tamamilə benzin və dizel yanacağından imtina edəcək və alternativ enerji ilə çalışan avtombilləri bazara təqdim edəcək. Yada salaq ki, hələ 2010-cu ildə “Toyota” ilk hibridlə işləyən “Prius” adlı avtomobili bazara təqdim etmişdi. Şirkət açıqlayıb ki, 2020-ci ildə karbon qazı buraxan avtomobillərin sayını azaldaraq, 30 minə düşürəcək.

“Volkswagen”in ‘təhlükəli’ təhlükəsizlik kəməri

İndi isə “Volkswagen” skandalının arxa fonunda gedən proseslərə toxunmağa çalışaq. Bəllidir ki, “Volkswagen” olayının təsir arealı getdikcə böyüməkdədir, hətta ABŞ, İsveçrə, Fransa kimi ölklərdə “Volkswagen”lə ilə bağlı həyəcan təbili çalındı.

İlk olaraq “Volkswagen”ə aid problemin ortaya atıldığı ölkələr ABŞ və Kanada oldu. Həmin ölkələrə satılan 2009-cu il və ondan sonrakı dizel modellərində çatışmazlığın olduğu aşkarlandı. Gözlənilməz vəziyyətə düşən “Volkswagen” şirkəti bildirdi ki, 500 minədək avtomobili geri çağıracaq. Birləşmiş Ştatlar tərəfindən şirkətə qarşı 18 milyard dollar cərimə kəsildi. Skandalın habelə “Audi”, “Seat”, “Skoda” və “BMW” kimi dünyaca məşhur markalarla da yaşana biləcəyi söylənildi.



Fransanın “Le Figaro” qəzeti yazır ki, bu olay dünyadakı 11 milyon civarında dizellə çalışan nəqliyyat vasitələrinə də təsir edəcək. Cənubi Koreya bu faktın ardından “Volkswagen”ə məxsus avtomobilləri geri göndərdiyini bəyan etdi. Bütün bunlar isə “Volkswagen” şirkətinin sürətlə zəiflədə və ciddi maliyyə itkisinə gətirə bilər.

Aysberqin görünməyən tərəfi: “Sükan başqasının əlindədir”

ABŞ “Volkswagen” üçün toplam 17 milyon avtomobilin rahat satıla biləcəyi böyük bazar idi. Dünya bazarında 2013-cü ildə 3-cü olan “Volkswagen” qısa müddətə 2-ci sıranı ələ keçirdi. Fikir verin, 2015-ci ilin ilk yarısında hətta “Tayota” keçərək dünya üzrə 1-ci sıraya yüksələrək, ən çox avtobil satan şirkət adını qazandı.

Ancaq məsələnin şübhəli tərəfi odur ki, ABŞ dizel avtomobillərin yoxlanma şərtlərini ilk dəfə 2004-cü ildə dəyişib, skandala səbəb olmuş “Volkswagen” avtobilləri isə ilk dəfə 2007-2008-ci illərdə ABŞ bazarına daxil olub. Lakin bu işə baxan qurumun 2012 və 2013-cü illərdə apardığı analiz məhz 2015-ci ildə mediaya sızdırıldı. Sual yaranır: niyə?

2013-cü ildə “Volkswagen” konsernin rəsmisi Vinterkornun nüfuzlu “Forbes” jurnalına verdiyi müsahibə diqqət çəkir. O, deyib ki, rəhbəri olduğu şirkət 2018-ci ildə “General Motors”u və “Toyota”nı ötüb keçəcək və bu uğuru qoruyub saxlayacaq. Şirkət təkcə ABŞ-da 2014-cü il üçün satışını 1 milyon ədədə çatdıracağını bəyan etmişdi. Belə də oldu. Nəhayət, 2015-ci ilin ilk yarısında “Volkswagen”nin birinci sırada olan “Toyota”nı da ötüb keçdi.

Məsələnin digər şübhə doğuran tərəflərini də gözdən keçirək. Bu qalmaqalın ardınca ABŞ bir neçə şirkətə qarşı eyni yoxlamalara başladı. Bu şirkətlər arasında `Mercedes`, BMW, KIA, `Toyota` və `Mazda` avtomobil markaları vardı. Diqqətlə fikir verdikdə görmək olar ki, dünya avtomobil bazarının ən böyük hissəsinə nəzarət edən Almaniya və bu işdə kifayət qədər inkişaf etməkdə olan Yaponiya hədəf seçilib. Dünya avtomobil bazarında güclü olan iki ölkə, həmçinin iki məşhur şirkət artıq ABŞ-ın `qara oyun`una düşüblər.

O da maraqlıdır ki, Alman avtomobil şirkətləri arasında “Volkswagen” yəhudi sərmayəsinin olmadığı yeganə konserndir.

Amerikanın geoiqtisadi planı: “Apple” və “Tesla”

Əvvəlcə 2 çox önəmli nüansı qeyd etmək yerinə düşərdi:

1) ABŞ-ın məşhur iş adamı Elon Musk “Volkswagen” olayı ortaya çıxdığı ərəfələrdə Almaniyada Frankfurt şəhərində elektriklə işləyən və gələcəyin maşınları sayılan avtomobil markalarını dünyaya təqdim etdi. Bu məqamda “Volkswagen” qalmaqalının yaşanması ABŞ üçün əla fürsət oldu ki, özünün elektriklər çalışan avtomobillərini dünyaya qəbul etdirsin. Elon Musk özü bildirmişdi ki, “Volkswagen” artıq bizə dizel və benzinlə çalışan mühərriklərin çata biləcəyi son həddi göstərdi: “Beləcə, limitin sonuna çatmış olduq, artıq bütün dünyanın elektriklə çalışan avtomobillərdən istifadəyə keçmək zamanı çatıb”.

2) Avropa Birliyi vaxtilə dizellə çalışan avtomobil istehsalına dəstək verərək, bu sektora milyardlarla avro sərmayə ayırmışdı. Nəticədə 10 il müddətinə dizel mühərriklərinin faizi 53-ə yüksəlmiş, Fransada hətta 80% olmuşdu. Ekspertlərin fikirincə, “Volkswagen” skandalından sonra 2022-ci ildə dizel sektoru 35% aşağı düşəcək. Yəni Avropa Birliyi bu olaydan çox ciddi maliyyə zərəri görəcək, həmçinin dizel avtomobil sferası əsaslı sarsılacaq. AB ölkəri sərt şəkildə “Eruro 6” standarlarına keçməyi planlaşdırırlar ki, bu da “Fiat”, “Peugeot”, “Renault” və “Volkswagen” kimi ucuz markalar üçün ciddi sıxıntı yaracaq.

Yuxarıda qeyd olunan hər iki halda udan ABŞ olur. Birləşmiş Ştatlar üçün özünün elektriklə çalışan avtomobillərini satmağa gözəl imkanlar açılır. Digər tərəfdən də, 3-cü olan “General Motors” konserni qısa müddətə dünya üzrə birinci sıraya yüksələ bilər.

ABŞ-ın “Toyota”ya tutduğu “toy”

“İŞİD”-in istifadə etdiyi “Toyota”ların ABŞ-ın Texas ştatında istehsal olunduğuna dair iddialar var. Texasda hazırlanan “Toyota”lar vaxtilə sırf ABŞ ordusu üçün yaradılıb. “Toyota”nın “pick up” modeli olan və dünyada “Hi-Lux” kimi tanınan avtomobilləri ABŞ ordusunda “Tacoma” adlandırılır.



Başqa bir ehtimala görə, “İŞİD”-in əlində olan “Toyota”lar vaxtilə ABŞ ordusunun İraqda işlətdiyi avtomobillərdir. ABŞ diqqəti yayındırmaq üçün Yaponiyaya “Toyota”ların necə “İŞİD”-in əlinə keçməsilə bağlı müraciət ünvanlayıb. “Toyota” şirkəti də bunun necə baş veridiyini bilməyini açıqlayıb.

Fikir verin, 2012-ci ildə “Toyota” şirkəti rəsmi şəkildə açıqladı ki, heç bir modelini Suriyaya satmayacaq. Maraqlıdır, Suriyada “İŞİD”-in əlində olan “Toyota”lar 2012-ci ildən bu yana ora necə gedib çıxıb?! Rusiya XİN rəsmisi bununla bağlı bildirmişdi ki, “İŞİD”-in əlindəki “Toyota”ları Suriyaya ərazisinə ABŞ və Britaniya göndəriblər.

Bütün bu arqumentləri nəzərə alaraq, söyləmək olar ki, ABŞ-dan “Toyota” və “Volskwagen”ə qarşı koordinasiya olunan kampaniya əbəs yerə başladılmayıb. “Toyota” Rusiya, Türkiyə, ABŞ, BƏƏ, Qatar, Avropa və Asiya ölkələrində ən çox satılan avtomobildir. “Volskwagen” də Avropa, ABŞ və Asiyada ən çox alınan ekonomik markadır. ABŞ bu iki brendi sıxışdıraraq, özünün elektriklə işləyən maşınlarını dünya bazarına çıxarmağı planlaşdırıb. Misal üçün, eletriklə çalışan “Testla” modeli Amerika, Avropa və Rusiyada çox yaxşı satılır. Beləliklə, ABŞ benzinsiz işləyən, az xərc tələb edən “gələcəyin avtomobilləri”ni irəli çıxararaq, bazarın böyük bir hissəsini ələ keçirmiş olacaq.

Beləliklə, “Volswagen” və “Toyota” kimi konsernlərə qarşı başladılan çirkli siyasətin arxasından Vaşinqton çıxır və o, bu geoiqtisadi oyunda hərtərəfli qazanan tərəf olur.

ABŞ nə qazanır?

1)
“Volswagen” və “Toyota”-dan `qoparılan` boş bazara özünün elektriklə işləyən modellərini çıxarmaq və milyardlarla gəlir qazanmaq şansı;

2) “Volswagen” və “Toyota”dan sonra 3-cü olan “General Motors” şirkətinin irəli keçməsi üçün münbit şərait yaranır;

3) Dünya avtomobil bazarının böyük bir hissəsinə tədricən yiyələnmək yolunda ilk addımı atmış olur. Bu, Almaniya və Yaponiyanı dünya bazarının böyük bir hissəsindən sıxışdırılıb çıxarılması ilə nəticələnə bilər

4) Daxili avtomobil bazarının böyük bir hissəsini sırf ABŞ avtomobillərinin satışı üçün “təmizləyir”.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti