Traktorun aşması nəticəsində bir nəfər ölüb

  20 İyun 2013    Oxunub : 479
Traktorun aşması nəticəsində bir nəfər ölüb
Beyləqanda Həşimov Hüseyn Qənbər oğlunun idarə etdiyi traktorun aşması nəticəsində traktorda olan sərnişin, həmin kənd sakini Cəfərov Elməddin Pənah oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bu barədə AzVision.az-a Beyləqan rayon prokurorluğundan bildirilib.

Məlumata görə, Həşimov Hüseyn Qənbər oğlunun idarə etdiyi traktor və arxasına qoşulmuş iki ədəd qoşqu ilə hərəkətdə olan zaman birinci qoşqunun yedəyi sındığından traktorun arxasında olan hər iki qoşqu yoldan çıxaraq yolun sol kənarından keçən şor su kanalına aşıb.

Nəticədə birinci qoşqusunda olan 33 yaşlı rayon sakini Cəfərov Elməddin Pənah oğlu hadisə yerində ölüb.

Hadisə yerinə baxış keçirilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Mirvari

Teqlər: