Səhiyyə naziri ilə görüşmək istəyənlərə xəbər var...

Səhiyyə naziri ilə görüşmək istəyənlərə xəbər var...
  20 İyun 2013    Oxunub:993
Səhiyyə naziri Oqtay Şirəliyev vətəndaşlarla görüşəcək
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 21 iyun 2013-cü il tarixində saat 11:00-da Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Şirvan, Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Neftçala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Şirvan-Müalicə Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilərlər.


Teqlər:  





Xəbər lenti