Azərbaycanda 5800-dən çox məhkum əfv edilib

Azərbaycanda 5800-dən çox məhkum əfv edilib
  20 İyun 2013    Oxunub:1052
Hazırda amnistiya aktının icrası davam edir.
AzVision.az Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, onlardan 1700-dən çoxu cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb, 114 məhkumun cəzasının qalan hissəsi 6 ay azaldılıb, eyni zamanda, icra xidmətinin ayrı-ayrı yerli qurumları tərəfindən 4000-dən çox şəxs ictimai və islah işləri, cərimə və digər cəza növlərindən azad ediliblər.

Hazırda amnistiya aktının icrası davam edir.

Amnistiya qərarının icrası gündəlik olaraq davamlı şəkildə həyata keçirilir və bu prosesdə şəffaflığın və aşkarlığın tam təmin olunması, ictimaiyyətin məlumatlandırılması məqsədilə məhkumların qohumları və yaxınları, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, o cümlədən ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai komitənin üzvləri, ombudsmanın, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri yaxından iştirak edirlər.

Qeyd edək ki, may ayının 7-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlament tərəfindən qəbul edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarla 9000-dən çox şəxsin müxtəlif cəzalardan azad olunması gözlənir.

AzVision.az


Teqlər:  





Xəbər lenti