Nizami rayonunda 40-a yaxın avtomobil yandı

Nizami rayonunda 40-a yaxın avtomobil yandı
  19 İyun 2013    Oxunub:1414
Nizami rayonunda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında yanğın baş verib.
Yanğınla mübarizə aparmaq üçün əraziyə Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 10-a yaxın yanğınsöndürən maşını cəlb edilib. Yanğın saat 14:40 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Nəticədə 1000 kvadratmetr ərazidə quru ot və 40-a yaxın avtomobil yanaraq kül olub.

Xoşbəxtlikdən avtomobillərin əksəriyyəti istifadəyə yararsız olub. İlkin versiyaya görə, yanğına səbəb ərazidən keçən elektrik naqillərinin qırılaraq yolun kənarındakı quru ot sahəsini alışdırması olub. Daha sonra alov cərimə meydançasına keçib. Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti