`Gecikən maaşlar dünən verilib` - Etibar Pirverdiyev
![`Gecikən maaşlar dünən verilib` - Etibar Pirverdiyev `Gecikən maaşlar dünən verilib` - Etibar Pirverdiyev](https://azvision.az/photos/2015-10-06-09-40-38azerenerji.jpg)
“Biz hər il birbaşa olaraq Vergilər Nazirliyinə 150 milyon manata qədər pul ödəyirik. Hələ mən sosial vergiləri buna aid eləmirəm. Borcların çoxu kolxoz-sovxoz dövründən qalıb. Hər il də onun üzərinə 36 faiz əlavə borc gəlir”.
İşçilərin maaşının gecikməsinə aydınlıq gətirən ASC rəhbəri bunun bir sıra səbəblərdən asılı olduğunu deyib: “Biz kredit qaytarırıq. Ola bilsin ki, 1 ay kredit çox qaytarılır, 1 ay az qaytarılır. Bunun təsiri var. Son zamanlar bütün proseslərdə müəyyən qədər gecikmələr olub, işçilərimizin maaşı 1 aya qədər gecikdi və dünən biz bütün maaşları ödədik."