Sabiq rəisə cinayət işi açılıb

Sabiq rəisə cinayət işi açılıb
  19 İyun 2013    Oxunub:1104
Vətəndaşın külli miqdarda pulunu mənimsəmiş şəxs
barəsində cinayət işi başlanıb.
Bakı şəhər sakininin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsinin sabiq rəisi Vəkil İsgəndərovun qanunsuz hərəkətlərinə dair müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, müəyyən edilib ki, V.İsgəndərov müraciət müəllifinin etibarından sui-istifadə edərək onu mövcud olmayan 9 saylı Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin etdirəcəyi adı ilə 29.0 min manat məbləğində pul vəsaitini ələ keçirib və ona həmin vəzifəyə təyin olunması haqqında saxta əmrdən çıxarış təqdim edib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Mirvari




Teqlər:  





Xəbər lenti