TQDK nəticələri açıqladı

TQDK nəticələri açıqladı
  19 İyun 2013    Oxunub:1564
Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 17-də Xızı, Şamaxı, Qobustan, Mingəçevr, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Ağsu, Şirvan, Hacqabul, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrində keçirdiyi buraxılış imtahanlarının nəticələri açıqlanıb.

AzVision.az xəbər verir ki, nəticələr TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Şagirdlər imtahan nəticələri ilə yanaşı, cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilərlər.

Qeyd olunan rayonlarla yanaşı, TQDK valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün internat məkdəblərində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, tədris ingilis və gürcü dillərində olan orta məktəblərdə, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində, Respublika Olimpiya İdman liseyində, Bakı Xoreoqrafiya məktəbində, Penitensiar xidmətin tərbiyə müəssisələrində keçirdiyi buraxılış imtahanlarının da nəticələrini açıqlayıb.

Bu imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.




Teqlər:  





Xəbər lenti